"Şərt budur, Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır" - Bayden

ABŞ prezidenti Coo Bayden Ukraynadakı münaqişəyə son qoymaq üçün ilkin şərti açıqlayıb.

Bizimxeber.az bildirib ki, o, Ukraynadakı vəziyyətdən danışıb və münaqişə tərəflərinin sülhlə bağlı razılığa gələ bilməsi üçün yerinə yetirilməli olan şərt adlandırıb.

Onun sözlərinə görə, bunun üçün Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır.