Sərnişin gəmisindən yıxılan şəxs 24 saat sonra xilas edildi

Meksika körfəzində sərnişin gəmisindən yıxılan şəxs 24 saat dənizdə qaldıqdan sonra helikopterlə xilas edilib.

ABŞ-ın Yeni Orlean şəhərindən Meksikaya gedən "Carnival Valor” sərnişin gəmisinin 28 yaşlı sərnişini noyabrın 23-də gecə saatlarında yoxa çıxıb. Bacısı ilə barda olarkən tualetə gedən və bir daha ondan xəbər alınmayan sərnişin üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Gəmidən düşdüyü təsbit edilən şəxs 24 saat sonra Luiziana ştatından 20 mil uzaqlıqda ABŞ Sahil Mühafizəsi helikopteri tərəfindən xilas edilib.

Hipotermiya əlamətlərinin olduğu aşkarlanan sərnişin təcili tibbi yardım üçün Nyu Orlean Lakefront hava limanına aparılıb. Səlahiyyətlilər tərəfindən şəxsiyyəti açıqlanmayan sərnişinin xəstəxanaya çatdırıldığı, səhhətinin stabil olduğu bildirilib.

Sərnişinin necə və niyə dənizə düşdüyü hələlik məlum deyil.