Serbiyanın baş naziri və prezidenti istefaya hazırlaşır - Media

Serbiyanın baş naziri Miloş Vuçeviç və prezident Vuçiç ölkədəki etirazlar fonunda istefa verməyə hazırlaşır. 

Bizimxeber.az bildirir ki, bu barədə “Vecernje Novosti” mənbələrə istinadən xəbər verib. 

Nəşr yazır ki, Serbiyada noyabr ayından tələbələr və müxalifətin hökumət əleyhinə etirazlar davam edir. Etirazların səbəbi noyabrın 1-də Novi Sad şəhərində 15 nəfərin ölümü ilə nəticələnən dəmiryol vağzalında tavanın uçmasıdır. Hakimiyyət hesab edir ki, onların məqsədi hökuməti və prezident Aleksandr Vuçiçi devirməkdir.

Yanvarın 27-də Vuçiç ölkədə sabitliyi qorumağa çağırıb, yanvarın 28-nə keçən gecə isə dialoqa ehtiyac olduğunu bəyan edib. Bu onun geri addımı kimi dəyərdənidilib və istefaya yazırlaşdığını gündəmə gətitib.

Vuçiç nümayişçilərin bir sıra əlavə tələblərinin də yerinə yetirildiyini açıqlayıb. O cümlədən, prezident çərşənbə gününə qədər tələbə və müəllimlərin etiraz aksiyası zamanı iğtişaşlarla bağlı cinayət işlərində təqsirləndirilən şəxslər üçün əfv fərmanını imzalamağa hazır olduğunu bildirib.

Lakin etirazlar dayanmır və daha da genişlənir.