Şəmkir rayon Suvarma Sistemləri İdarəsində ÖLÜM HADİSƏSİ…

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) tabeçiliyində olan Şəmkir rayon Suvarma Sistemləri İdarəsində ölüm hadisəsi baş verib.

Bizimxeber.az bildirir ki, bu barədə Nuh.az portalı məlumat yayıb.

Belə ki, Şəmkir rayon Suvarma Sistemləri İdarəsində çalışan Əhmədov İlkin Hidayət oğlu artezian quyulara baxış keçirərkən  yüksək elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Hadisə ilə bağlı  Şəmkir rayon Suvarma Sistemləri  İdarəsi ilə telefon əlaqəsi  ((022) 304 60 01) saxlamağa çalışsaq da telefona cavab verən olmadı.

Məlumat üçün qeyd edək ki, Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Xəlilovdur.