Madriddə Serbiyanın səfiri İrena Saraca küçədə hücuma məruz qalıb.
Bizimxeber.az bildirir ki, hadisə bazar günü günorta İspaniyanın paytaxtının mərkəzində baş verib. Naməlum şəxs, Serb dilində telefonla danışan səfirə yaxınlaşaraq, onun Serbiyadan olub-olmadığını soruşub. Daha sonra, şəxs səfirin kürəyinə təpik vuraraq hadisə yerindən qaçıb.
Şahidlərin bildirdiyinə görə, hücum edən şəxs alban mənşəlidir. Bir neçə şahid hücumçunu tutmağa çalışsa da, bu cəhdlər nəticəsiz olub. Polis hadisə barədə məlumat alıb və araşdırma aparır.