Səfər Mehdiyevin tələbə yoldaşı gömrükdən qovuldu

Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Fərhad Fərrux oğlu Babayev vəzifəsindən çıxarılıb.

Bizimxeber.az bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Məlumata görə, gömrük xidməti polkovniki öz xahişi ilə vəzifəsindən azad olunub.

Dövlət Gömrük Komitəsindən xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, Fərhad Babayev DGK-nın sabiq sədri Səfər Mehdiyevin tələbə yoldaşı olub. 2018-ci ildə komitənin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə təyin olunan Fərhad Babayev uzun illər ləğv edilən Vergilər Nazirliyində yüksək vəzifələrdə çalışıb.