Səfər Mehdiyevin azadlıqda qalması böyük sual altındadır

Sabiq DGK sədrinin tabeliyində çalışan və DTX tərəfindən həbs edilən generalların işi ilə bağlı araşdırmaların nəticəsi olaraq Səfər Mehdiyevin həbsi də qaçılmazdır.

Bizimxeber.az bildirir ki, iki gün öncə Səfər Mehdiyevin ən xas adamı, "Broker MMC"nin rəhbəri, "Gömrük kralı" adını alan Əbülfəz Məlikov nəhayət həbs olundu. 

O, Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir. 

Mətbuatdakı məlumatlara inansaq Əbülfəz Məlikov əvvəlki illərdə bir neçə dəfə saxlanılsa da canını həbsdən qurtara bilib. Bu dəfə isə 2 aylıq həbsə göndərildi.

Bundan sonra növbə Səfər Mehdiyevə çatmalıdır. Uzun illər Əbülfəz Məlikovla çalışan, onun bütün qanunsuz əməllərinə göz yuman, şərait yaradan və gömrüyü öz şirkəti kimi işlətməsində Məlikova böyük imkanlar yaradan Səfər Mehdiyevin azadlıqda qalması böyük sual altındadır. 

Yəqin ki, araşdırmaların son nəticəsi olaraq sabiq DGK sədrinin də həbsinin şahidi olacağıq.