Səfər Mehdiyev milyardlarla vəsaiti hara xərcləyib? - Audit aparılır

Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin fəaliyyət dövrünün yoxlanması davam edir.

Sözügedən audit yoxlaması Dövlət Gömrük Komitəsində aparılan ilk əməliyyatdan sonra başlayıb.

Bizimxeber.az bildirir ki, indiyə qədər aparılan yoxlamalar nəticəsində Komitədə ciddi qanun pozuntuları aşkarlanıb.

Məlumata görə, 20 milyard manata yaxın vəsaitin taleyi bəlli deyil. 

Bu arada Bizimxeber.az "Gununsesi.info"ya istinadən xəbər verir ki, sabiq komitə sədrinin ölkədən çıxışının qadağa qoyulub. Bu, Gömrük Komitəsinin yüksəkvəzifəli şəxslərinin həbsindən sonra başlanmış cinayət işinin istintaqı ilə bağlıdır.