Səfər Mehdiyev də instintaqa cəlb edilib? - Generalların fəaliyyətini nəzarətsiz qoyma və ya əlbir olma...

Dövlət Gömrük Komitəsinin yüksək vəzifəlilərinin fəaliyyəti ilə bağlı araşdırmalara başlanıldığı barədə məlumatlar var. Qeyri-rəsmi məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin bir sıra yüksək çinli məmurunun saxlanıldığı iddia olunur. Məlumata görə onlardan biri də “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilovdur.

Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, aparılmış əməliyyatın nəticəsi olaraq Dövlət Gömrük Komitəsinin bütün yüksək cinli məmurları, eləcə də Dövlət Gömrük Komitsəsinin sədri Səfər Mehdiyev də istintaqa cəlb olunub, ifadəsi alınıb. Onun nəzarətində olan generallara, fəaliyyətlərinə nnəzarət etmədiyi, göz yumması və ya əlbir olması faktları araşdırılır.

Qeyd edək ki, Azərbaycanda oxşar istintaq prossesləri baş verib. Məsələn, Rebitə və Mədəniyyət nazirlərinin müavinləri və aparat rəhbərləri həbs edilən zaman nazirlər nəzarətindəki şəxslərin fəaliyyətinə etinasız yanaşdığı, əlbir olduğu üçün vəzifədən uzaqlaşdırıldı. 

Bildirilir ki, eyni vəziyyət Səfər Mehdiyev üçün də keçərlidir və yaxın günlərdə Dövlər Gömrük Komitsəsinin sədri vəzifədən uzaqlaşdırılacaq. Hətta onun başlanan istintaq prossesinə cəlb olunması da mümkün variantlardan hesab olunur.