Səddam Hüseynin tərəfdarları Bağdadda kütləvi etiraza başladı

Bu gecə İraqda güclü etirazlar başlayıb. Bağdadın mərkəzinə toplaşan minlərlə insan korrupsioner və amerikapərəst hesab edilən hökumətin dəyişməsini tələb edib. 

Mitinq iştirakçılarının çoxunun əllərində ölkənin keçmiş lideri Səddam Hüseynin portretləri olub. Şiəyönlü ictimai hərəkatın nümayəndələri yerli “Əl-Rabia” telekanalının ofisinə soxulub, orada binanı dağıdıb və bütün avadanlıqları sındırıblar. 

Narazılığa yerli teleaparıcının açıqlamaları səbəb olub. O, 2004-cü ildə İraqda ABŞ administrasiyasına qarşı qiyam qaldıran şiə Mehdi ordusunun amerikalılara silah satdığını bildirib. Bu sözlərə görə, telekanalın direktoru üzr istəməsini tələb edib.

Etirazlar ölkə boyu keçirilir. Onlar 2019-cu ildə İraq hökumətinə qarşı etirazların ildönümünə təsadüf edib.