Şarl Mişel Belçika XİN-ə rəhbərlik edə bilər

Avropa Şurasının hazırkı prezidenti Şarl Mişel pBelçika Xarici İşlər Nazirliyinə rəhbərlik edə bilər.

Bizİmxeber.az bildirir ki, bu barədə Politico-ya iki Belçika rəsmisi məlumat verib. 

Mişelin Belçikanın Xarici İşlər Naziri vəzifəsinə təyin olunması ilə bağlı məlumatlar əvvəllər də yerli mətbuatda, xüsusən də De Tijddə yer alıb.

Nəşr yazır ki, Mişelin Belçika Xarici İşlər Nazirliyinin rəhbəri təyin olunması məntiqlidir, çünki onun “İslahatçı Hərəkat” partiyası Belçikanın fransızdilli hissəsində parlament seçkilərində yüksək nəticə göstərib.

Belçika rəsmilərinin fikrincə, Mişelin təyinatı məntiqli görünür, çünki o, baş nazir və Avropa Şurasının prezidenti vəzifələrində təcrübəyə malikdir. “Bu barədə danışmaq hələ tezdir, lakin bu, qeyri-real deyil”, - deyə nəşr yazıb.