"Sanksiyalar banklarının suveren borcuna təsir edəcək - Bayden

ABŞ prezidenti Co Bayden Rusiya və Ukrayna ətrafında mövcud vəziyyətlə bağlı ictimai çıxış edib. Bizimxeber.az xaici mətbuata istinadən bildirir ki, Vaşinqtona görə, Rusiyanın son hərəkətləri Ukrayna ərazisini işğal etməyə hesablanıb, ona görə də ABŞ Ukraynaya müdafiə sahəsində kömək etməyə davam edəcək.

Rusiyaya qarşı sanksiyalara gəlincə, Amerika prezidentinin sözlərinə görə, onlar Rusiya Federasiyasının və Rusiya elitasının suveren borcuna təsir edəcək, eyni zamanda o, amerikalı istehlakçılar üçün benzinin qiymətinin artmasına səbəb olacaq bu cür sanksiyalara icazə verməyəcək.

ABŞ “Şimal axını 2”nin işə salınmaması üçün Almaniya ilə işləyir.

Bundan əlavə, ABŞ iki Rusiya bankına qarşı bloklayıcı sanksiyalar tətbiq edir: VEB və “hərbi bank” (o, birbaşa adını çəkməyib).

Baydenin sözlərinə görə, sanksiyalar Moskvanın Ukraynaya qarşı hərəkətlərindən asılı olaraq sərtləşdiriləcək: "Baltikyanı dövlətləri qorumaq üçün ABŞ Avropadakı hərbi mövcudluğunu gücləndirəcək. Amma diplomatiya imkanlarının qalacağına ümid edirik".