Samvel Şahramanyana daha bir cinayət işi açıldı

Ermənistanda Qarabağ separatçılarının sonuncu lideri Samvel Şahramanyana daha bir cinayət işi açılıb.

Bizimxeber.az "Hraparak" qəzetinə istinadən xəbər verir ki, buna səbəb separatçıların formalaşdırdığı qondarma "struktur"ların sərəncamındakı 356 avtomobilin indiyədək Ermənistan hökumətinə təhvil verilməməsidir.

Ermənistan hüquq mühafizə orqanları onu həmin nəqliyyat vasitələrini mənimsəməkdə ittiham edir. Əsas kimi maşınların geri qaytarılması barədə qərarın iyunun 21-də "narkotik vasitələrin qanunsuz dövriyəsi" maddəsi ilə istintaqı başlanılan cinayət işi çərçivəsində çıxarılmasına baxmayaraq, indiyədək icra olunmadığı göstərilib.