Salona gedən gəlin qəzada öldü - Bu gün toyu idi

Bu gün Yevlax rayonunda ağır yol qəzası baş verib. 

Rayonun Səmədabad kəndində “BMW X5” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq “Yuxarı Qarabağ” kanalına aşıb. 

Nəticədə avtomobildə olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu və 2004-cü il təvəllüdlü Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.