Salman Rüşdini bıçaqlayan gəncin - Fotosu

Xəbər verdiyimiz kimi, hindəsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb. Onu Nyu-Cersi ştatının sakini 24 yaşlı Hadi Matar bıçaqlayıb.

Xarici mediada polis tərəfindən saxlanılan cinayətkarın fotoları yayımlanıb.

Qeyd edək ki, hazırda yazıçı süni nəfəs aparatına qoşulub. O danışa bilmir, qaraciyəri zədələnib. Rüşdi gözünü itirə bilər.