Qarabağdakı keçmiş və artıq ləğv edilmiş separatçı-terrorçu xuntanın “başçısı” Samvel Şahramanyan bir qrup şəxslə birlikdə Xankəndindədir.
Bizimxeber.az "Sputnik"ə istinadən bildirir ki, o, həlak olanların cəsədlərinin çıxarılması işi başa çatana qədər Xankəndində qalacaq.
Qeyd olunur ki, Şahramanyan müxtəlif səbəblərdən hələ də Qarabağda olan vətəndaşların problemləri ilə məşğul olur.