Sahil Babayev və Məhərrəm Talıbovun Boks Federasiyaları - prezident və vitse-prezident...

2022-ci lin dekabrında Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsindən azad olunan Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov hazırda Naxçıvan MR Boks Federasiyasının sədridir.

Bizimxeber.az bildirir ki, o, həm də Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir.

Belə ki, Naxçıvan MR Boks Federasiyası 18 mart 2002-ci il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçib. Federasiya təsis olunduğu gündən indiyə kimi Məhərrəm Talıbov qurumun prezidenti vəzifəsini tutur. 

Azərbaycan Boks Federasiyasının prezidenti isə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. 

Qeyd edək ki, nazir Sahil Babayevin boks sənəti üzrə heç bir təcrübəsi yoxdur. 

Oxu.az - Sahil Babayev Boks Federasiyasında ilk iclasını keçirdi - FOTO

Göründüyü kimi, Naxçıvan MR Boks Federasiyası Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçmiş ayrı bir qurumdur və onun Azərbaycan Boks Federasiyasına heç bir bağlılığı yoxdur. Eyni zamanda Naxçıvan MR Boks Federasiyası da ABF-yə əlaqəli qurum deyil. Belə olan təqdirdə ABF-nin sədri Sahil Babayev Naxçıvan Boks Federasiyasının prezidenti Məhərrəm Talıbovu necə vitse-prezident təyin edib? Bu hansı qanunun, qaydanın tələbidir?

Məhərrəm Talıbov eyni illərdə Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, Naxçıvan MR Boks Federasiyasının sədri, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti postlarını necə idarə edib?