“Şahdağ” Turizm Mərkəzində fəaliyyət göstərən “Roller Coaster” adlı attraksionda problem yaranması, ziyarətçilərin bir müddət şaxtalı havada relslərin üzərində qalması ilə bağlı iddialar yayılıb.
Həmin hadisə ilə bağlı sosial şəbəkədə videogörüntülər paylaşılıb.
Vətəndaşlar həmin müddət ərzində turizm mərkəzinin rəhbərliyi tərəfindən heç bir tədbir görülmədiyini, qonaqlarla maraqlanan məsul şəxslərin gözə dəymədiyini bildiriblər.