"Şah" Kargonun rəhbəri 3 aylıq həbs edilib - Bəs, ona dəstək verən generallar?

Bir necə gün öncə ölkə mətbuatında yayılan məlumata görə, hüquq-mühafizə orqanları xarici ölkələrdən Azərbaycana mal idxal edən bir sıra şirkətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Əməliyyat Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən Binə və Sədərək ticarət mərkəzlərinin müxtəlif şirkətlərə icarəyə verilmiş anbarlarını əhatə edib.

Belə ki, hüquq-mühafizə orqanları ölkəyə idxal edilən malların vergidən yayındırılması, sənədlərin saxtalaşdırılması və s şübhələrlə özəl şirkətlərdə axtarışlar həyata keçirib.

Əməliyyatla bağlı hələlik ictimaiyyətə heç bir açıqlama verilməyib.

Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı həbs olunan şəxslərdən biri "Şah" Kargo şirkətinin Muxtar adlı rəhbəridir. Qeyd olunur ki, iki gün əvvəl onun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilərək Kürdəxanı İstintaq Təcridxanasına aparılıb.

Elə isə maraqlıdır, uzun illər "Şah" Kargo üçün yaşıl işıq yandıran, onların fəaliyyətinə dəstək olan gömrük generalları kimlər idi?  Bu generalların da fəaliyyəti araşdırılmı? Mətbuatda da dəfələrlə yazıldığı kimi  "Şah" Kargo şirkətinə dəstək Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin rəisi general Məsum Rəsulov olub.

Photo

Bu barədə ölkə mətbuatında dəfələrlə yazılıb. Həmçinin bu şirkətə və Muxtar adlı şəxsə ən böyük dəstək elə Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tərəfindən verilib. Belə olan halda gərəkdir ki, bu şirkətə dəstək verən şəxslər də həbs edilsin. Əks təqdiqrdə bu generallar üçün fərq etməz, "Şah" Kargo olmasın başqası olun, yenə eyni fəaliyyəti davam etdirəcəklər.

Hər halda başlanmış əməliyyatları və istintaqı irəli atılan addım, gömrük cinayətlərinin sayının azalmasına bir stimul verəcək hal kimi qəbul etmək olar.