Saakaşvilinin partiya binasına hücum edildi - VİDEO

Mixail Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” müxalifət partiyasının ofisi iyunun 1-nə keçən gecə naməlum şəxslərin hücumuna məruz qalıb.

Bizimxeber.az İnterpressnews-a istinadən bildirir ki, bu barədə partiyanın lideri Levan Xabeişvili deyib .

Xabeişvilinin sözlərinə görə, “100-ə yaxın silahlı “xala” “Vahid Milli Hərəkat”ın mərkəzi ofisinə hücum edərək sözün əsl mənasında ofisi dağıdıb və ora soxulmağa cəhd edib. Həmin vaxt siyasətçi 14 yaşlı oğlu ilə ofisdə olub.

“EPP” lideri hücum edənlərin ofisə iri taxta çubuqlar və daşlar atdığını əks etdirən video yayımlayıb.

Xabeişvili silah səslərini eşitdiyini və naməlum şəxslərin Vahid Milli Hərəkatın ofisinə girməyə cəhd göstərdiyini də bildirib.

"Polis, təbii ki, bir saat sonra gəldi. Məncə bu, polis və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə planlaşdırılan xüsusi əməliyyatdır", - o iddia edir.

Gürcüstan hakimiyyəti hələlik insidentlə bağlı şərh verməyib.