Saakaşvilinin məhkəməsində qarşıdurma - 15 nəfərdən çox adam saxlanıldı


Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin işi üzrə məhkəmənin keçirildiyi Tbilisi Şəhər Məhkəməsi ətrafında etiraz aksiyası keçirilir. Polis və iştirakçılar arasında qarşıdurmalar baş verib.
 
Etirazçılara qarşı istiotlu sprey tətbiq olunub. İnsident zamanı 15 nəfər saxlanılıb. Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumatda bildirilir ki, həmin şəxslər polisin qanuni tələbinə əməl etməyiblər. 

xəbər verir ki, M.Saakaşvilinin iştirak etdiyi məhkəmə iclasına yalnız yerli "Birinci Kanal"ın heyəti buraxılıb. Siyasətçinin vəkillərindən biri Şota Tutberidze bir neçə dəqiqə ərzində feysbuk səhifəsi üzərindən canlı yayım aparıb. /xeber/