Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili onun işinə fasiləsiz rejimdə baxılmasını tələb edib.
Gürcüstan mətbuatı xəbər verir ki, Saakaşvilinin vəkili Şalva Xaçapuridze bununla bağlı vəsatət qaldırıb.
M.Saakaşvilinin bu tələbi onun səhhətinin getdikcə pisləşməsi ilə bağlıdır. O, bundan sonra məhkəmədə distant yox, şəxsən iştirak etmək istədiyini də bildirib.
Qeyd edək ki, sabiq Prezidentin növbəti məhkəmə prosesi yanvarın 9-da keçiriləcək.