Saakaşvili məhkəməyə çıxarılır


Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək. “Sputnik Gürcüstan” xəbər verir ki, gürcü siyasətçinin məhkəmədə iştirakı gözlənilir.

“Formula” telekanalının məlumatına görə, Penitensiar Xidmətin maşını Saakaşvilinin olduğu hərbi hospitalın ərazisini tərk edib. Penitensiar Xidmət hələ ki, Saakaşvilinin məhkəməyə aparılıb-aparılmaması ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, bu gün keçirilən məhkəmə 2007-ci il noyabrın 7-si müxalifətin aksiyasının dağıdılması işi ilə bağlıdır. Bu, Saakaşvilinin oktyabrın 1-i həbsindən bu yana keçirilən 3-cü məhkəmə prosesidir. Gürcü siyasətçi bu proseslərin heç birində iştirak etməyib.