Saakaşvili - “Əgər ABŞ məni müdafiə etməyə gəlməsə...

Həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kömək üçün ABŞ hakimiyyətinə müraciət edəcək. Bizimxeber.az "Bloomberg"ə istinadən bildirir ki, siyasətçi vəkilləri vasitəsilə müdafiə tələbi ilə bağlı nota verib.

“Əgər ABŞ məni müdafiə etməyə gəlməsə, bu, bütün qərbyönlü liderlər və xalqlar üçün dəhşətli siqnal olacaq”- deyə Saakaşvili bildirib.

Agentliyin məlumatına görə, siyasətçi şikayətlərini “tələsik əllə yazıb”.

O, həbsxanada döyüldüyünü, digər dustaqların gözü qarşısında onu alçaldaraq asfaltla sürüklədiyini deyib. Bundan əlavə, eks-prezident onu mülki xəstəxanaya köçürməkdən, telefonunu təhvil verməkdən və işi ilə bağlı iclaslara qatılmaqdan imtina etmələrindən şikayətlənib.