Rza Zərrab Ebru Gündeşi məhkəməyə verdi - Qızını almaq istəyir 

Məşhur müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrab onu məhkəməyə verib. 

İş adamı 10 yaşlı qızı Alaranı Ebrudan almaq niyyətindədir. 

Qeyd edək ki, Ebru Gündeşlə Rza Zərrab ötən ilin mayında 11 illik evliliklərini bitiriblər. Onların Alara adlı yeganə qız övladı var. ABŞ-da həbs həyatı yaşadıqdan sonra azadlığa çıxan Rza adını Aaron Goldsmith olaraq dəyişdirib.

Ötən ay iş adamı Karolina Rofman adlı yeni sevgilisi ilə görüntülənib.