Rusların Bucada törətdiyi soyqırım sübut olunur - Görüntülər yayıldı

CNN 12 və 13 mart tarixlərində Bucada rusların törətdiyi souqırıma aid eksklüziv dron görüntülərini yayımlayıb.

Bizimxeber.az bildirir ki, videogörüntülərin müəllifinin adı təhlükəsizlik baxımından açıqlanmır. Qeyd olunur ki, görüntülərin həqiqiliyi təsdiqlənib. 

Martın 13-ə aid kadrlarda Rusiya hərbi texnikasının yol ayrıcında dayandığı görünür. Küçədən bir qədər aşağıda öldürülənlərin cəsədləri var. 

Ekran görüntüsü

Martın 12-də çəkilmiş kadrlarda bir qrup rus hərbçi şəxsi həyətlərə girərək texnikalarını həyətin girişində saxlayaraq nəsə axtarıblar. CNN bildirib ki, bu videolar rus qoşunlarının Buçada törədiyi syqırımın sübutdur.