Rusların “Afipski” neft emalı zavodu yanır - PUA zərbəsi

Rusiyada “Afipski” neft emalı zavodunda yanğın baş verib.

Bizimxeber.az bildirir ki, bu barədə vilayət qubernatoru məlumat verib.

“Severski rayonunda Afipski neft emalı zavodunun ərazisində yanğın baş verib . Mazutu distillə edən qurğulardan biri yanır. İlkin səbəb PUA-nın gəlməsidir”, - qubernator bildirib.