Ruslar Zaporojyeyi KAB-larla vurdu- Ölənlər var

Axşam saatlarında rus qoşunları idarə olunan hava bombaları ilə Zaporojyeyə hava zərbələri endiriblər. 

Bizimxeber.az bildirir ki, bu barədə Zaporijjia OVA-nın rəhbəri İvan Fedorov bildirib.

"Ruslar cəbhə xəttində yerləşən şəhəri ən azı üç dəfə bombalayıb. Binalar dağıdılıb. İnsanların dağıntılar altında qala biləcəyi gözlənilir. Fövqəladə Hallar Dövlət Xidmətinin mütəxəssisləri zərbələrin endiyi yerdə təcili xilasetmə işləri aparır", - Fedorov bildirib.