Ruslar Volçanskda dinc əhaliyə atəş açıblar

Rus əsgərləri Volçanskda dinc əhaliyə atəş açıb.

Bizimxeber.az Unian-a istinadən bildirir ki, bunu Ukraynanın Volçansk şəhərinin polis idarəsinin baş patrul rəisi Aleksey Xarkovski deyib.

"Hazırda ikiyə bölünən Volçya çayını keçməyə cəhd edənlərin güllələndiyinə dair faktlar var, o biri tərəfdə isə müdafiə qüvvələri düşməni Volçansk şəhərindən uzaqlaşdırmağa çalışır", - Xarkovski qeyd edib.

O, vurğulayıb ki, insanlar hələ də rusların nəzarətində olan küçələrdən çıxmalıdırlar.