Ruslar Ukrayna hərbçilərinin uşaqlarını girov götürür

Rusiya işğalçılar ukraynalı hərbçilərin qohumlarını, o cümlədən uşaqları oğurlayır. 

Bizimxeber.az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Qeyd olunur ki, işğal olunmuş ərazilərdə ukraynalı hərbçilərin qohumlarının oğurlanması halları sistemli xarakter alır.

"Bu gün bu halların əksəriyyəti Zaporojye, Xerson və Nikolayev vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində qeydə alınır. Eyni zamanda, onlar yetkinlik yaşına çatmayan uşaqları qaçırırlar.