Ruslar qaldı, diğər 4 ölkə Qazaxıstanı tərk etdi


KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması davam edir. Bu gün daha 4 ölkəni - Ermənistan, Tacikistan, Belarus və Qırğızıstanı təmsil edən hərbçilər Almatıdan yola düşüb. 

Bizimxeber.az bildirir ki, onlar metropolün strateji obyektlərini qoruyurdular. Texnika və şəxsi heyət yükləndikdən dərhal sonra sülhməramlılar kontingenti evə yola düşüb. 

Qırğızıstan bölmələri daimi dislokasiya məntəqələrinə özləri yola düşüblər.

Ermənistan, Belarus və Tacikistan nümayəndələri isə Rusiyanın İL-76 hərbi-nəqliyyat təyyarəsi ilə göndərilib.

Qeyd edək ki, hələlik rus qoşunları Qazaxıstanı tərk etməyib.