Ruslar Odessanı qanadlı raketlərlə vurdu - SON DƏQİQƏ

Bu gün Ukraynanın Nikolayev vilayyəti və Odessa şəhəri Rusiya hərbçilərinin atəşinə məruz qalıb. Bu barədə şəhərin meri Aleksandr Senkeviç Teleqram kanalında məlumat verib.

"Nikolayevdə güclü partlayış səsləri eşidilir. Sığınacağa gedin. Mümkün qədər diqqətli olun", - o yazıb.

Onun sözlərinə görə, şəhərdə artilleriya atəşi təhlükəsi elan edilib.  

Xerson vilayəti ərazisindən Rusiya hərbçiləri Nikolayevə üç yerüstü qanadlı raket atıblar. Zərbə şəhərin sənaye və sosial infrastrukturunda baş verib, bir mülki şəxs yaralanıb, detallar dəqiqləşdirilir.

Eyni zamanda Odessa vilayətinə düşmən tərəfindən 2 qanadlı raket atılıb və bu raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla  məhv edilib. Şəhər müdafiə olunur.