"B" seqmentinin şəhər avtomobillərinin - kütləvi ucuz sedan və hetçbeklərin payı avqustda Rusiyanın bütün yeni minik avtomobilləri bazarının 41 faizini ötüb.
Bizimxeber.az bildirir ki, bu barədə "Avtostat" hesabat yayıb.
Ekspertlər dinamikanı avtomobil bazarının digər seqmentlərində təklif çatışmazlığı ilə əlaqələndirirlər.
Onlar qeyd edirlər ki, hətta "B" seqmentində də praktiki olaraq seçim yoxdur və xarici avtomobillərin olmaması rusları Lada almağa məcbur edib.
B seqmentinin payı sonuncu dəfə yalnız 2017-ci ilin sentyabrında bu qədər yüksək olub, 2021-ci ilin sentyabrında isə əksinə, çip çatışmazlığı səbəbindən rekord minimuma - 29,7 faizə düşüb.
Əvvəllər ruslar arasında ən populyar sedan və hetçbeklər Koreyanın ucuz "Kia Rio" və "Hyundai Solaris" idi, lakin son illərdə onların bazar payı "Lada"nın payına bərabər olub və indi satışların 26,5 faizini yalnız bir yerli "Granta" modeli təşkil edir.