Ruslar "İlan adası"ndan çıxadıqlarını təsdiqlədilər

Rusiya hərbi komandanlığı qoşunların Ukraynanın "İlan" adasından çıxarılmasını təsdiqləyib.  Bizimxeber.az bildirir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi adadakı tapşırıqların tamamlandığı barədə məlumat yayıb. 

“Bu gün xoşməramlı addım olaraq Rusiya hərbçiləri "Zmeynı" adasında öz tapşırıqlarını yerinə yetirib və orada yerləşən qarnizonu geri çəkiblər”, - deyə məlumatda bildirilir. 

Eyni zamanda, Moskva bəyan edib ki, onlar BMT-nin Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz təşkil etmək səylərinə mane olmadıqlarını” nümayiş etdiriblər.

“Bu qərar Kiyevə Qara dənizin şimal-qərb hissəsinə Rusiyanın tam nəzarəti səbəbindən taxıl ixracının mümkünsüzlüyünə istinad edərək, yaxınlaşan ərzaq böhranı mövzusunda spekulyasiya etməyə imkan verməyəcək”, - Rusiya Müdafiə Nazirliyi bildirib.