Ruslar daha bir şəhəri bombaladı - Şəhərdə yanğın başlayıb 

Bu gün səhər saatlarında rus qoşunları Nikolayevi atəşə tutub. Şəhərdə güclü partlayış səsləri eşidilib, bir yerli sakin yaralanıb, yanğın başlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə şəhər meri Oleksandr Sienkoviç məlumat verib.

"Bu gün raket hücumları nəticəsində təhsil müəssisələri və yaşayış binaları zərər görüb. Rusiya terrorçuları kinli şəkildə Nikolayevin mülki infrastrukturunu atəşə tuturlar. Daha bir şəhər məktəbi demək olar ki, tamamilə dağılıb. Orada binanın bir hissəsi uçub. Raket gəmiqayırma universitetimizin su stansiyasının ərazisinə də düşüb, anbara ziyan vurub”. Şəhərdə yanğın başlayıb.