Gürcüstanın "Georgian Airways" aviaşirkəti ruslar üçün Tbilisidən keçməklə Avropaya tranzit uçuşlar həyata keçirəcək.
"Bizimxeber" bildirir ki, bu barədə RTVI-ya aviaşirkətin təsisçisi Tamaz Qayaşvili məlumat verib.
Plana görə, Avropanın beş şəhərinə - Milan, Paris, Vyana, Larnaka, Salonikiyə uçuşlar daxildir: "Biz iyunun 15-dən başlayacağıq. Düşünürük ki, bu marşrutlara kifayət qədər tələbat olacaq. Bu, digər istiqamətlərə nisbətən Tbilisidən daha rahat və sürətli olacaq", - Qayaşvili bildirib.
"Təbii ki, biz Rusiya ilə hava əlaqəsini saxlayacağıq. Bununla heç nə olmayacaq. Gürcüstan hökuməti bu qərarı çox isti qarşıladı. Allah bir daha kəsməsin", - o deyib.