Ruslar ABŞ-ın 3 radar stansiyasını məhv etdi

Donetsk istiqamətində xüsusi əməliyyat zamanı Amerikanın üç RLS-i məhv edilib. 

Bizimxeber.az bildirir ki, bu barədə jurnalistlərə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, Donetsk Xalq Respublikasının (DXR) Markovo, Tixonovka və Novomikaylovka yaşayış məntəqələrində qoşunlar ABŞ istehsalı olan AN/TPQ-36, AN/TPQ-37 və AN/TPQ-50 RLS-ləri məhv edib.

Bundan əlavə, bir sutka ərzində 60-a qədər ukraynalı hərbçi, üç zirehli döyüş maşını, dörd maşın, bir MSTA-B haubitsa, bir “Akasiya” özüyeriyən haubitsa və “BM-21 Qrad” reaktiv yaylım atəşi sistemi məhv edilib”.

Hücum əməliyyatları zamanı “Cənub” qoşun qrupunun bölmələri daha bir neçə mövqeləri tutmuşdular.