ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya Ukraynaya qarşı başlatdığı müharibəyə son qoymaq üçün təzyiq göstərməyin zəruriliyini anlayır.
Bizimxeber.az bildirir ki, bunu Aİ-nin baş diplomatı Kaia Kallas deyib.
Tramp hazırda Kremlin rəhbəri Vladimir Putinə qarşı bəzilərinin gözlədiyindən daha sərt mövqe nümayiş etdirir, baxmayaraq ki, o, eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenskini də tənqid edib: "ABŞ -da başa düşürlər ki, bu müharibəni dayandırmaq üçün biz Rusiyaya təzyiq göstərməliyik, çünki bu müharibəni məhz o başlatmışdı”.