"Rusiyaya qarşı yeni sanksiyalar enerjini hədəfləyir" - Von der Leyen

Aİ-nin Rusiyaya qarşı yeni, 14-cü sanksiyalar paketi enerji sektoru, bank xidmətləri və texnologiyaya yönəldiləcək.

Bizimxeber.az bildirir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

Fon der Leyenin sözlərinə görə, növbəti anti-Rusiya məhdudiyyətləri "sərt" olacaq.

"Bu, sərt paketdir, Rusiyanı əsas texnologiyalara çıxışdan, enerjidən əlavə gəlirdən daha da məhrum edəcək və xaricdəki kölgə donanmasına və kölgə bank şəbəkəsinə təsir edəcək", - deyə Avropa Komissiyasının rəhbəri bildirib.

KİV-in məlumatına görə, məhdudiyyətlər  LNG tədarükünə, neft tankerlərinə, eləcə də helium ixracına təsir edəcək .