Rusiyaya "Bayraktar" satmayacağıq - Haluk Bayraktar

"Rusiyaya heç vaxt dronlarımızı satmayacağıq".

Bizimxeber.az bildirir ki, bunu“Baykar Savunma” şirkətinin rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar 

"Biz onlara (RF - red.) nə dron çatdırmışıq, nə də təmin etmişik. Bunu heç vaxt etməyəcəyik".

O qeyd edib ki, şirkət “Ukraynanı dəstəkləyir”.

Bundan əvvəl Ukrayna pilotsuz təyyarələr almağı planlaşdırdığını, 12 ədəd Bayraktar TB2-nin ölkəyə gətirildiyini açıqlamışdı, həmçinin Ukraynada Bayraktar zərbə aparatlarının istehsalı üçün zavodun tikintisi layihəsi üzərində iş aparıldığı bildirilmişdi.

Rusiya daha əvvəl Ukraynaya silah tədarük etdiyi üçün bütün ölkələrə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”.