Rusiyanın Ukraynaya zərbələri Moldovanı işıqsız qoydu

Moldovada Rusiyanın Ukraynaya kütləvi hücumundan sonra enerji sistemində fasilələr yaranıb.

Bizimxeber.az bildirir ki, Moldova operatoru Moldelectrica, Rusiyanın Ukraynanın kritik infrastrukturuna səhər hücumu ilə əlaqədar enerji sistemində fasilələr olduğunu təsdiqləyib, amma ciddi problemlər olmayacağını deyib.

"Hazırda vəziyyət nəzarət altındadır. Kiçik fasilələrin öhdəsindən gəlmək üçün kifayət qədər ehtiyyat var", - şirkətdən bildiriblər.

Xatırladaq ki, Polşa avqustun 26-da səhər saatlarında Rusiya Federasiyasının kütləvi raket hücumu zamanı  hərbi təyyarələrini yenidən havaya qaldırmışdı.