"Ukraynada bir çox insanlar Rusiya ilə birlikdə ölkəni neonasizmdən təmizləmək arzusundadırlar, Moskvanın orada danışacaq birisi var".
Bizimxeber.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi canlı görüş zamanı bildirib.
“Ukraynada danışacaq birimiz var. Orada bizimlə birlikdə öz ölkələrini neonasist rejimdən təmizləmək arzusunda olan çoxlu oğlanlarımız var”, - Putin vurğulayıb.
Bundan əvvəl dövlət başçısı bildirib ki, xüsusi hərbi əməliyyatın nə qədər davam edəcəyini təxmin etmək mümkün deyil. Onun sözlərinə görə, cəbhədə vəziyyət hər gün dəyişir.