"Rusiyanın ölkədəki hərbi mövcudluğu məsələsi yeni hakimiyyət orqanları tərəfindən həll olunacaq".
Bizimxeber.az bildirir ki, bunu Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali “Əl-Ərəbiyyə”yə deyib.
“Bu məsələ mənim səlahiyyətimdə deyil, buna qarşıdakı müddətdə yeni hakimiyyət orqanları qərar verəcək”, - deyə o bildirib. O, həmçinin əlavə edib ki, hazırda Suriya Müdafiə Nazirliyində vəziyyət “anlaşılmazdır”.
Bundan əvvəl Suriyanın baş naziri bildirmişdi ki, ölkə hökuməti suriyalı yaraqlıların liderləri ilə danışıqlar aparır.