Rusiyanın Suriyadakı hərbi mövcudluğu böyük sual altındadır

Suriya prezidenti Bəşər Əsədin devrilməsi və yeni hökumətin qurulması respublikada və Yaxın Şərqdə Rusiyanın hərbi mövcudluğunu təhdid edir.

Bizimxeber.az bildirir ki, bu sözləri “The Washington Post” un (WP) jurnalistləri Janes analitiklərinə istinadən bildiriblər.

Material müəlliflərinin fikrincə, Tartus və Xmeymimdəki bazaların itirilməsi Aralıq dənizinin şərqində daimi mövcudluğunu saxlamağa çalışan Rusiya donanmasına ciddi təsir göstərə bilər. 

“Əks halda Rusiya gəmiləri və sualtı qayıqlarını Baltik dənizinə köçürməli olacaq”, – jurnalistlər vurğulayırlar.

Bu arada Amerika Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, Suriyada Rusiya hərbi bazalarının yerləşdirilməsi ilə bağlı qərarı  respublika sakinləri verməlidir.  Kreml rəsmisi Dmitri Peskov isə Rusiyanın Suriya Ərəb Respublikasında hərbi bazalarının saxlanılması barədə danışmaq üçün hələ tez olduğunu qeyd edib.