Rusiya sualtı qayıqlarını müasir hipersəs silahları ilə təchiz etməyə başlayıb.
Bizimxeber.az bildirir ki, bu barədə açıqlamanı ökənin Hərbi Dəniz Qüvvələrinin komandanı Nikolay Yevmenov verib: "Biz artıq təchizat işlərinə başlamışıq. Bütün sualtı qayıqlar hipersəs silahları ilə təchiz edilir".
Onun sözlərinə görə, hazırda dörd müxtəlif nəslə aid olan ona yaxın sualtı qayıq növü xidmətdədir: ""Kalibr” tipli müasir idarə olunan raketlər ikinci nəsil sualtı qayıqlarda sınaqdan keçirilib. Bu gün xidmətdə olan bütün sualtı qayıqlar, o cümlədən strateji sualtı kreyserlər ilə təchiz oluna bilər".