Rusiyanın silah-sursat anbarı darmadağın edildi - VİDEO

Ukraynanın şərqində işğalçıların silah-sursat anbarı partladılıb.

Bizimxeber.az bildirir ki, bu barədə RBC-Ukrayna xəbər yayıb. 

Qeyd olunur ki, Ukraynanın şərqində rus işğalçılarının silah-sursat anbarlarından biri partlayıb.

Videoda partlayışın necə baş verdiyi və tüstü buludlarının səmaya qalxması göstərilir.

Xəbər verdiyimiz kimi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna hərbçilərinin təxminən 15 milyon dollar dəyərində Rusiyanın Pantsir-S1 kompleksini necə məhv etdiyini nümayiş etdirib.

Son sutka ərzində rus işğalçıları daha 120 hərbçi itirib. Səkkiz pilotsuz təyyarə və yarım onlarla tank da məhv edilib.