Rusiyanın NATO ilə birbaşa münaqişədən başqa yolu yoxdur” - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev  ölkəsinin NATO ilə birbaşa münaqişədən başqa yolu olmadığını bildirib.

O, bu barədə sosial şəbəkə hesabında yazıb.

Medvedev qeyd edib ki, Moskvanın artıq Hitler oxu kimi açıq faşist blokuna çevrilmiş NATO ilə münaqişədən başqa yolu yoxdur: “Biz hazırıq, baxmayaraq ki, nəticə bəşəriyyət üçün 1945-ci ildəkindən qat-qat baha başa gələcək”, - deyə Medvedev vurğulayıb.