Rusiyanın "Mir" kartları Türkiyədə işləkdir

Türk Hava Yolları yenidən Rusiya banklarının kartları ilə aviabiletlərin ödənişini qəbul edir.

Bizimxeber.az bildirir ki, bu barədə şirkət məlumat yayıb.

Əməliyyatlar artıq təkcə Mir kartları ilə deyil, Visa və Mastercard ilə də aparılmağa başlanıb.

Ödənişlər heç də həmişə həyata keçirilmir və bəzən vəsaitlər debet edildikdən dərhal sonra əməliyyatlardan imtinalar olur, daha sonra iki iş günü ərzində məbləğ hesaba qaytarılır.