“Rusiyanın hərbi itkiləri 42 mini ötüb” - Ukrayna Baş Qərargahı

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 42 200 hərbçisi məhv edilib”. 

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1 805 tank, 4 055 zirehli döyüş maşını, 958 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 132 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 750 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 978 avtomobil texnikası və avtosistern, 86 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.