Rusiyanın hərbi aeradromu vuruldu

Ötən gecə Ukrayna qüvvələri Rusiyanın Krasnodar diyarının Primorsko-Axtarsk şəhərindəki hərbi aerodromuna pilotsuz uçuş aparatları ilə hücum edib.

Bizimxeber.az bildirir ki, Ukrayna Baş Qərargahının məlumatına görə, bu aeradrom Ukrayna ərazisinə hücumlar üçün Şahed tipli pilotsuz uçuş aparatlarının hazırlanması və buraxılması üçün istifadə olunur, həmçinin Zaporojye və Xerson vilayətlərində tapşırıqları yerinə yetirən aviasiya texnikasına xidmət göstərir.

Ukrayna Baş Qərargahı aerodromda partlayışlar və yanğınları təsdiqləyib.